Kukla Teatrı  Kulis.az-la birgə “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir
10 aprel 2020 11:25 (UTC +04:00)

Kukla Teatrı Kulis.az-la birgə “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis. az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, uşaqların evdə vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edəcək. 7-13 yaş arası uşaqlar arasında baş tutacaq müsabiqəyə təqdim olunacaq nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirəcək.

Ümumilikdə 10 nağıl müəllifi seçiləcək ki, onlardan da ilk iki yerin sahibi münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.

İlk üçlükdə yer alan nağıllar birləşdirilməklə onların əsasında tamaşa da hazırlanacaq. Belə ki, “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatr mövsümünün sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Premyera günü qaliblərin mükafatlandırılması mərasimi də baş tutacaq.

Müsabiqədə iştirak etmək istəyən balacalara nağıllarını [email protected] ünvanına qısa tərcümeyi-hallarını əlaqə nömrələri də qeyd olunmaqla göndərməyi və evdə qalmaqla sağlamlıqlarını qorumağı tövsiyə edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2809

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24